Madrid klubu "Yuventus"dan 20 milyon istədi

Madrid klubu "Yuventus"dan 20 milyon istədi

Dieqo Qodin İspaniyanın "Atletiko” klubundan gedə bilər.

 

Fanat.Az-ın məlumatına görə, "Yuventus” Uruqvay yığmasının üzvünü rənglərinə bağlamaq üzrədi.

 

Tərəflər arasında ilkin razılığın əldə olunub. 2021-ci ilədək nəzərdə tutulan saziş imzalansa, Qodin ildə 4 milyon avro qazanacaq. Müdafiəçiyə eyni maaşı verməyə hazır olan "Atletiko” isə onu 20 milyon avrodan ucuz qiymətə satmayacağını bəyan edib.

 

Qeyd edək ki, Qodin 2010-cu ildən Madrid klubunun uğurları üçün tər tökür.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər