Madrid klubu ona görə "Barselona" ilə rəqabət aparacaq

Madrid klubu ona görə "Barselona" ilə rəqabət aparacaq

"Atletik Bilbao"nun müdafiəçisi İnyiqo Martines daha bir İspaniya klubunun hədəfindədir.

Fanat.Az xəbər verir ki, bu barədə informasiyanı "Diario Sport" yayıb. 

"Atletiko Madrid" 31 yaşlı futbolçunu transfer etmək niyyətində olduğunu açıqlayıb.

Madrid klubu onun üçün “Barselona” ilə rəqabət aparmağa hazırlaşır. Belə ki, katalonuyalıların yayda azad agent olacaq Martineslə razılığa gəlməyə çalışdığı bildirilir.

İnyiqo İspaniya La Liqasının cari mövsümündə 12 matç keçirib və bir qol vurub. O, 2018-ci ilin yanvarından Bilbao komandasında çıxış edir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər