Madrid klubu Avropa çempionunun transferini açıqladı

Madrid klubu Avropa çempionunun transferini açıqladı

"Atletiko Madrid" "Real Sosyedad"ın mərkəz müdafiəçisi Roben Le Normanın transferini açıqlayıb.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi İspaniya millisi ilə son Avropa çempionatının qalibi olan futbolçunun hansı məbləğə alındığını açıqlamayıb.

Daha öncə tanınmış insayder Fabritsio Romano bu keçidin Madrid klubuna 30 milyon avroya başa gəldiyini bildirmişdi.

Qeyd edək ki, ötən mövsüm "Real Sosyedad" forması ilə bütün turnirlərdə 43 matça çıxan Le Norman 2 qol vurub. "Transfermarkt" portalı onun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər