Löv üçün yeni müqavilə

Löv üçün yeni müqavilə

DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Almaniya millisində baş məşqçi Yoahim Lövün fəaliyyəti federasiya rəhbərliyini qane edir. Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssislə yeni müqavilə bağlanıb.

 

Tərəflər arasında imzalanmış sazişə əsasən, Löv 2020-ci ilə qədər Bundestimi çalışdıracaq. 

Qeyd edək ki, C qrupunda keçirdiyi ilk 3 matçda maksimum nəticə göstərən lider Almaniyanı 7 xalla Azərbaycan millisi izləyir. Bu komandalar arasında ilk görüş gələn il, martın 26-da Bakıda baş tutacaq.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər