Löv "Real Madrid"i çalışdıracaq - İDDİA

Löv "Real Madrid"i çalışdıracaq - İDDİA

Tanınmış məşqçi Yoahim Löv "Real Madrid"in baş məşqçisi ola bilər. 

Fanat.Az xəbər verir ki, bu iddia ilə “El Nacional” nəşri çıxış edib.

Xəbərə görə, Madrid təmsilçisinin rəhbərliyi alman mütəxəssisi komandanın başına gətirməyi planlaşdırır.

Klubun prezidenti Florentino Peres hazırki baş məşqçi Karlo Ançelottinin rəhbərliyi altında komandanın çıxışından narazıdır və yerinə Lövü təyin etmək niyyətindədir.

Mənbə qeyd edir ki, Löv La Liqada çalışmaq üçün son bir ildə ispan dilini də öyrənib.

Qeyd edək ki, 62 yaşlı məşqçi 2006-2021-ci illərdə Almaniya millisini çalışdırıb və 2014-cü ildə Dünya Kubokunun qalibi olub.

Xatırladaq ki, İspaniya La Liqasında cari mövsüm keçirdiyi 23 oyunda 53 xal toplayan "Real Madrid" turnir cədvəlinə başçılıq edir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər