Lunin Mbappenin "Real"a transferi barədə sualı cavablandırdı

Lunin Mbappenin "Real"a transferi barədə sualı cavablandırdı

"Real"ın qapıçısı Andrey Lunin PSJ-nin hücumçusu Kilian Mabppenin "Real Madrid"ə mümkün transferindən danışıb.

Fanat.Az xəbər verir ki, "Madrid Xtra" onun dediklərini belə çatdırıb:

"Kilian Mbappe "Real"da oynayacaqmı? Burada dörd-beş il ərzində çox şey eşitsəm də, dəqiq nəsə deyə bilmərəm. Çünki həqiqətən bilmirəm".

Qeyd edək ki, daha öncə Avropa mətbuatında Kilianın İspaniya nəhəngi ilə 5 illik müqavilə bağlayacağı və hər mövsüm üçün 70 milyon avro qazanacağı barədə xəbərlər yayılıb. Bundan başqa, ulduz futbolçunun həm də agenti olan anasının oğlunun "Real"a transferindən müxtəlif bonuslar şəklində 100-125 milyon avro gəlir əldə edəcəyi bildirilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər