Lukas Moura yeni klubu ilə müqavilə bağladı

Lukas Moura yeni klubu ilə müqavilə bağladı

"Tottenhem"dən azad agent qismində ayrılan braziliyalı vinger Lukas Moura peşəkar karyerasında ilk addımlarını atdığı "San-Paulu"ya qoşulub.

Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, tərəflər müddəti bu ilin dekabrına qədər nəzərdə tutulan müqaviləyə qol çəkib. 

30 yaşlı braziliyalı geridə qalan mövsümdə "Tottenhem" forması İngiltərə Premyer Liqasında cəmi 15 matça çıxmış və 1 qol vurmuşdu. O, Hotspur təmsilçisinə 2018-ci ildə PSJ-dən transfer olunmuşdu.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər