"Football Leaks 2015" saytı daha bir futbolçunun müqaviləsini yayıb. Fanat.az xəbər verir ki, sayt bu dəfə "Liverpul"dan "Barselona"ya keçən Luis Suaresin anlaşmasını oxucularına təqdim edib.
Məlum olub ki, "Liverpul" ulduz futbolçunun satışı ilə bağlı yalnış məlumat yayıb. Belə ki, 2014-cü ildə İngiltərə klubu Suaresi "Barselona"ya 75 milyon funt-sterlinqə satdığını açıqlamıqdı. "Football Leaks" açıqladığı sənəddə isə bu məğləbin 65 milyon olduğu görünür.
İki klub arasında bağlanan müqaviləyə əsasən kataloniyalılar "Liverpul"a 64,98 milyon funt-sterlinq (82.3 milyon avro) ödəyib. Üstəlik "Barselona" bu məbləği 5 hissəyə bölüb. Sonuncu hissə bu ilin 31 iyulunda ödənəcək.
Qeyd edək ki, 2014-cü ildən "Barselona"da çıxış edən Suares 86 rəsmi oyunda 68 qol vurub. Cari mövsümdə 43 oyuna çıxan futbolçu eyni sayda qol vurub. Uruqvaylı forvard La Liqada 26 dəfə fərqlənib və bombardirlər yarışında yalnız Kriştiano Ronaldodan geri qalır.


Fanat.az