İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike İngiltərə Premyer Liqasında çalışa bilər.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, 52 yaşlı ispaniyalı mütəxəssis İngiltərə klublarından təklif gözləyir.
Qeyd edək ki, daha əvvəl onun adı "Tottenhem"ə keçiddə hallanırdı.
Xatırladaq ki, Enrike 2022-ci ildə İspaniya millisindən ayrılıb. O, hazırda işsizdir.
Röya