Luis Enrike: "Əvvəlki üç çempionat oyunundakından pis oynadıq, amma..."

Luis Enrike: "Əvvəlki üç çempionat oyunundakından pis oynadıq, amma..."

Liqa 1-in 4-cü turunda "Brest"i səfərdə 1:0 hesabı ilə üstələyərək cari mövsüm çempionatda ilk qələbəsini qazanan PSJ-nin baş məşqçisi Luis Enrike matçın ardından fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini Paris təmsilçisinin rəsmi saytı belə çatdırıb:

"Bu, çox önəmli qələbədir. Bilirdik ki, bizi gərgin və ağır mübarizə gözləyir. Burada həmişə ciddi müqavimətlə qarşılaşırıq. Amma bu dəfə oyuna çox yaxşı başladıq və qələbə qolunu vurmağı bacardıq. Hə, oyuna daha çox nəzarət etməyimizi istəyərdim, lakin bu, asan deyildi. İkinci yarıda çox sayda səhvə yol verdik. Əvvəlki üç çempionat oyunudakından pis oynadıq, amma bu dəfə qələbə qazandıq. Futbol belədir".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər