Luis Enrike Londona yollandı - Danışıqlar üçün

Luis Enrike Londona yollandı - Danışıqlar üçün

İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike "Çelsi"nin baş məşqçisi ola bilər.

Fanat.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 

Onun sözlərinə görə, 52 yaşlı ispaniyalı mütəxəssis artıq Londondadır. O, meneceri ilə birgə qarşı tərəfin nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, "Çelsi" "Bayern Münhen"dən ayrılan Yulian Naqelsmanla da maraqlanır. 

Xatırladaq ki, Enrike 2022-ci ildə İspaniya millisindən ayrılıb. O, hazırda işsizdir. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər