Luis Enrike: "Bu mənim üçün heç də kədərli gecə deyil"

Luis Enrike: "Bu mənim üçün heç də kədərli gecə deyil"
Ispaniya millisinin baş məşqçisi Luis Enrike İtaliya millisinə qarşı keçirilən oyunun nəticəsi iə bağlı açıqlama verib. Belə ki, yarışdan kənarlaşmalarına baxmayaraq Enrike öz futbolçularından razı olduğunu bildirib. 
 
Fanat.Az "Sky Sportsa” istinadən bildirir ki, Enrike Moratanın da Ispaniya üçün əməyini  yüksək qiymətləndirir. 
"Morata  yarış boyunca ciddi çətinliklər yaşayıb. Buna baxmayaraq o, bu gün yüksək səviyyəli oyun nümayiş etdirdi. İtaliya millisinin qapısı önündə rəqibə çətinliklər yaratdı. Bundan əlavə bərabərlik qolunun müəllifi oldu. Oyundan sonra onu dopinq testi verdiyinə görə hələ ki, görə bilməmişəm.”
Enrike komandanin turnirdəki çıxışına görə yalnız şərəf hissi keçirdiyini bildirib: "Bu mənim üçün heç də kədərli gecə deyil. Düzdür məğlub olduq amma bu futboldur. Burada udmağı da, uduzmağı da bacarmaq lazımdır. Təəssüf ki, penalti seriyasında məğlub olduq. İtaliya millisini təbrik edirəm.”
 
Emin 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər