Luis Enrike: "Asanlıqla uduza bilərdik"

Luis Enrike: "Asanlıqla uduza bilərdik"

İspaniya millisinin baş məşqçisi Luis Enrike UEFA Millətlər Liqasının 1-ci turunun matçını - Portuqaliya ilə ev oyununu (1:1) dəyərləndirib.

Fanat.Az xəbər verir ki, "Marca" ispan mütəxəssisin söylədiklərini belə çatdırıb:

"Qələbə qazanmaq şansımız var idi. Amma belə oyunla asanlıqla uduza da bilərdik. Oyun zamanı futbolçular gərgin görünürdü. İstənilən halda, daha sərbəst oynamaq lazım idi. Bu başqa məsələ ki, kənardan komandaya təsir etmək, gərginliyi azaltmaq asan deyildi. Qolu öz səhvimizdən buraxdıq".

Qeyd edək ki, Sevilyadakı "Benito Vilyamarin" stadionunda baş tutan oyunda İspaniyanın qolunu Alvaro Morata vurub. Qonaq komandadan isə Rikardu Orta fərqlənib.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər