Luis Enrike 17 yaşlı oyunçuya tərif yağdırdı

Luis Enrike 17 yaşlı oyunçuya tərif yağdırdı

PSJ-nin baş məşqçisi Luis Enrike komandanın gənc yarımmüdafiəçi Uorren Zair-Emerini meydanda göstərdiyi performansa görə tərifləyib.

Fanat.Az xəbər verir ki, "RMC Sport" ispan mütəxəssisin dediklərini belə çatdırıb:

“Uorren 17 deyil, 37 yaşlı futbolçu kimi oynayır. 37 yaş! Belə səviyyədə oyunçuya sahib olduğum üçün çox şanslıyam. O, ötən mövsüm Kristof Qaltyenin rəhbərliyi altında çox oynadı. Onunla işləmək xoşdur. Uorren universal oyunçudur, böyük peşəkardır. O, təvazökar, çalışqan, ağıllı və ünsiyyətcil oğlandır ki, sadaladıqlarım da çox vacibdir”.

Bu mövsüm Zair-Emeri Fransa çempionatında 6 oyun keçirib və bir məhsuldar ötürmə edib. Ötən mövsüm gənc yarımmüdafiəçi Liqa 1-də 26 matça çıxaraq 2 qol vurmuşdu.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər