Lokatelli "Yuventus"u bu kluba dəyişə bilər

Lokatelli "Yuventus"u bu kluba dəyişə bilər

"Yuventus"un 26 yaşlı yarımmüdafiəçisi Manuel Lokatelli iş yerini dəyişə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Tuttomercatoweb" yayıb.

Xəbərə görə, onun xidmətində "Fiorentina" maraqlıdır. Mənbə "bənövşəyilər"in bu keçidi reallaşdırmağı vacib saydıqlarını, Turin klubunun isə Lokatellini 40 milyon avrodan ucuz satmaq istəmədiyini vurğulayıb.

Qeyd edək ki, Lokatelli 2021/2022 mövsümündən "Yuventus"da çıxış edir. O vaxtdan bəri İtaliya nəhəngində 132 matça çıxan orta xətt oyunçusu 4 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Manuelin klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq. "Transfermarkt" portalı onun transfer qiymətini 28 milyon avro  ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər