Llorente “Yuventus”da

Llorente “Yuventus”da

“Yuventus” transfer qiyməti ödəmədən heyətinə qatdığı Fernando Llorente yeni komandasıyla rəsmi müqavilə imzaladı. Fanat.az xəbər verir ki, futbolçu üçün transfer məbləğinin ödənilməməsinə səbəb Llorentenin “Atletik”lə olan müqaviləsinin başa çatması olub.

“Ağ-qaralar” ispaniyalı futbolçu ilə 4 illik müqavilə imzalayıb. 28 yaşlı futbolçu bu transferdən məmnun olduğunu bildirib: “Burada olmaq yuxu kimidi. “Yuventus” fantastik bir klubdu. Mənim kimi inkişaf etmək futbolçular üçün əla yerdi. Azarkeşlər məni mükəmməl şəkildə qarşıladı. Hamısına təşəkkür edirəm. Bu perspektivli klubun aö-qara formasını geyinəcəyim üçün çox xoşbəxtəm”.

1.95 metr boya sahib olan hücumçu “Atletik” forması ilə 333 matça çıxıb və 118 qol vurub.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər