"Liverpul"un ulduzu üçün mövsüm bitdi

"Liverpul"un ulduzu üçün mövsüm bitdi
"Liverpul"un kapitanı Cordan Henderson mövsümü bağlayıb.
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, bu barədə baş məşqçi Yürqen Klopp məlumat verib:
"Cordanın başına gələnləri belə izah edə bilərəm: bərbadın ən yaxşısı. Hə, o, dizindən zədə alıb, ancaq əməliyyata ehtiyac yoxdu. Henderson mövsümün qalan hissəsində oynamayacaq. Amma mən onun növbəti mövsümün əvvəlində komandaya kömək edəcəyinə dair nikbinəm".
İngilis futbolçu Premyer Liqanın 34-cü turu çərçivəsində "Brayton"la görüşdə sıradan çıxmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər