“Liverpul”un üçüncü ən bahalı transferi

“Liverpul”un üçüncü ən bahalı transferi

Ötən gün “Leyptsiq”in yarımmüdafiəçisi Dominik Soboslai “Liverpul”la müqavilə imzalayıb.

Fanat.Az “Transfermarkt” portalına istinadən xəbər verir ki, o, İngiltərə təmsilçisinin üçüncü ən bahalı transferi olub (70 milyon avro).

Birinci pillədə müdafiəçi Vircil van Dayk (84.6 milyon avro), ikinci yerdə isə hücumçu Darvin Nunyes (80 milyon avro) qərarlaşıb.

Qapıçı Alisson Bekker bu göstəricidə 4-cü (62.5 milyon avro), klubdan ayrılan yarımmüdafiəçi Nabi Keyta isə 5-ci (60 milyon avro) olub.

Soboslai 2021-ci ildən oynadığı “Leyptsiq”də 91 oyunda 20 qol vurub. O, Macarıstan yığmasında da 32 oyuna çıxıb, 7 qola imza atıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər