"Liverpul"un futbolçusu üçün mövsüm bitdi

"Liverpul"un futbolçusu üçün mövsüm bitdi
"Liverpul"un müdafiəçisi Joel Matip mövsümün qalan hissəsini qaçıracaq.
Fanat.Az xəbər verir ki, Matip klubun mətbuat xidmətinə açıqlamasında qeyd edib:
"Bu mövsüm yaşıl meydanlara qayıtmayacam. Ümid edirəm ki, növbəti mövsümün startına kimi hazır olacam və komandama kömək edə biləcəm".
Matip Premyer Liqanın 30-cu turu çərçivəsində "Everton"la oynanılan matçda zədə almışdı.
Qeyd edək ki, "Liverpul" sona 7 tur qalmış İngiltərə çempionluğunu rəsmiləşdirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər