"Liverpul”un futbolçusu Trent Aleksander-Arnold yeni rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, 21 yaşlı müdafiəçinin rekordu İngiltərə Premyer Liqasının 37-ci turunda "Çelsi”yə 5:3 hesabı ilə qalib gəldikləri oyunda qeydə alınıb.
O, bu mövsüm məhsuldar ötürmələrinin sayını 13-ə çatdırıb. Bununla da, gənc arxa xətt oyunçusu Premyer Liqa tarixində bir mövsümdə ən çox məhsuldar ötürmə ilə yadda qalan müdafiəçi qismində tarixə düşüb.
Bundan əvvəlki göstərici də Arnolda məxsus idi. Keçən mövsüm 12 məhsuldar ötürmə ilə yadda qalan futbolçu bu dəfə öz rekordunu yeniləyib.
Fanat.Az