"Liverpul"un kapitanı Cordan Henderson Futbol Yazarları Assosiasiyası (FWA) tərəfindən Premyer Liqada mövsümün oyunçusu seçilib.
Fanat.Az təşkilatın saytına istinadən xəbər verir ki, Henderson jurnalistlərin səsverməsi nəticəsində "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bröyne və "Mançester Yunayted"in hücumçusu Markus Reşfordu qabaqlayaraq qalib olub.
İngilis futbolçu cari mövsümdə İPL-də 30 matçda meydana çıxıb və 4 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Ötən il Rahim Sterlinq ("Mançester Siti") sözügedən mükafata layiq görülmüşdü.
Fanat.Az