"Liverpul"un daha bir futbolçusu karyerasını Almaniyada davam etdirməyə yaxındır.
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, "qırmızılar"ın və Qvineya millisinin yarımmüdafiəçisi Nabi Keytanın xidmətində Dortmund "Borussiya"sı maraqlıdır.
Xəbərə görə, Bundesliqa təmsilçisi 27 yaşlı Keytanı heyətinə qatmaq üçün qarşı tərəfə Cud Bellingemin də xidmətini təklif etməyi planlaşdırır. Mənbə son vaxtlar nadir hallarda meydana çıxan qvineyalının "Borussiya"ya keçmək ehtimalının yüksək olduğunu vurğulayıb.
Keyta bu mövsüm İngiltərə Premyer Liqasında forma şansı qazanmayıb. O, yalnız İngiltərə Superkuboku uğrunda matçda (3:1) "Mançester Siti"yə qarşı 5 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, seneqallı ulduz Sadio Mane bu yay "Liverpul"u digər Almaniya klubuna - "Bayern Münhen"ə dəyişib.
Nihat