"Liverpul"un müdafiəçisi Deyan Lovren "Zenit"ə keçmək üzrədi.
Fanat.Az "The Times"ə istinadən xəbər verir ki, klublar 10,9 milyon funt (12 milyon avro) qarşılığında transferi razılaşdırıblar.
"Zenit" Lovrenin müqaviləsiniin 2021-ci ildə başa çatacağını əsas gətirərək keçidi aşağı məbləğə həll etməyə çalışırdı. Bununla belə, "Liverpul" xorvat futbolçunun sözləşməsindəki opsiyadan istifadə edərək müddəti daha bir il uzadıb. Bu sayədə "mersisaydlılar" transferdən daha çox gəlir əldə edəcək.
"Zenit"in Lovrenə illik 2,5 milyon avro məvacib təklif etdiyi bildirilir.
31 yaşlı oyunçu cari mövsümdə Premyer Liqada 10 matçda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az