"Liverpul"dan digər Premyer Liqa klubuna transfer - RƏSMİ

"Liverpul"dan digər Premyer Liqa klubuna transfer - RƏSMİ
"Liverpul"un yarımmüdafiəçisi Adam Lallananın "Brayton"a transferi rəsmiləşib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Lallana ilə 3 illik müqavilə imzalanıb. 32 yaşlı futbolçu "Liverpul"u azad agent kimi tərk etdiyindən, "Brayton" keçidə görə xərcə düşməyib.
Lallana 2014-cü ildə 31 milyon avro qarşılığında "Sauthempton"dan Mersisayd klubuna transfer olunmuşdu.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər