"Liverpul"un baş məşqçisi Yürqen Klopp transferlərə böyük maliyyə ayırmayacaqlarını bildirib.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, alman mütəxəssis qeyd edib:
"Milyonlar xərcləyə bilmərik. Sırf qulağa gözəl gəlir deyə, belə addım atmaq olmaz. Biz heç vaxt transferlərə çox pul xərcləmək istəməmişik.
"Liverpul" güclü olan heyətini daha da gücləndirmək istəyir. Problem də burada yaranır: güclü komandanı necə daha da gücləndirmək olar? Hə, pulla bunu etmək olar. Amma heç vaxt bu mənada sadəcə pula etibar etmək olmaz.
Yaradıcı olmaq lazımdı. Biz də bunun üçün çalışırıq. Klubun daxilində həll yolları tapmaq niyyətindəyik. Perspektivli, irəliyə doğru addım atacağını gözlədiyimiz üç-dörd oyunçumuz var".
Fanat.Az