“Liverpul” onu da icarəyə verdi

“Liverpul” onu da icarəyə verdi

“Leypsiq” heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, Bundesliqa təmsilçisi “Liverpul”un Portuqaliyadan olan hücumameylli yarımmüdafiəçisi Fabio Karvalyonu icarəyə götürüb.

20 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi Almaniya klubunun uğurları üçün çalışacaq.

Karvalyo “Liverpul”a ötən yay “Fulhem”dən keçmişdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində 21 oyuna çıxıb, 3 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər