"Liverpul"un Premyer Liqa kubokuna nə zaman qovuşacağı məlum olub.
Fanat.Az Premyer Liqanın saytına istinadən xəbər verir ki, 37-ci tur çərçivəsində 22 iyulda "Çelsi" ilə oynanılacaq matçdan sonra kubok "Liverpul"a təqdim olunacaq. Mükafatlandırma mərasimi Kop tribunasında quraşdırılacaq xüsusi kürsüdə keçiriləcək.
Sonuncu dəfə - 1990-cı ildə - "Liverpul"a İngiltərə çempionluğunu qazandıran Kenni Dalqlişin də mərasimdə iştirak edəcəyi bildirilir.
Fanat.Az