"Napoli"nin müdafiəçisi Kalidu Kulibali karyerasını "Liverpul"da davam etdirə bilər.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, "Liverpul" Kulibali uğrunda mübarizədə favoritdi. "Mersisaydlılar" seneqallı futbolçuya görə ödəniş etməklə yanaşı, müdafiəçi Deyan Lovreni "Napoli"yə göndərməyə hazırdı.
Lovren cari mövsümdə 14 matçda meydana çıxıb.
Fanat.Az