İngiltərənin “Everton” klubu heyətini yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Brayton”un hücumçusu Nil Mopeni transfer edib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıb. 26 yaşlı forvardla 3+1 illik müqavilə imzalanıb.
“Everton” bu transfer üçün “Brayton”a 11,8 milyon avro ödəyib.
Mope Fransanın “Nitsa” klubunun yetirməsidir. O, “Brayton”dan öncə “Brentford”, “Brest”, “Sent Etyenn” kimi klubların da formasını geyinib. Fransalı forvard bu ölkənin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb. O, “Brayton”da keçirdiyi son 3 mövsümdə 109 oyuna 27 qol vurub.
Nihat