"Liverpul"un baş məşqçisi Yürqen Klopp Deyan Lovrenin komandadan ayrılmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, Klopp klubun mətbuat xidmətinə açıqlamasında bunları deyib:
"Daha bir "Liverpul" əfsanəsi klubdan ayrıldı. Lovren komanda üçün çox vacib fiqur idi. Yadımdadı, mən "Borussiya"da işləyəndə mövsüm hazırlıqları çərçivəsində "Liverpul"la oynamışdıq, o, başla bizə möhtəşəm qol vurmuşdu. Kluba ilk dəfə gələndə və müdafiəçilər arasına seçim etmək barədə düşünəndə həmin qol ağlıma gəlirdi. Lovren "Liverpul"un heyətində əla oyunlar keçirdi və tariximizin ən önəmli qollarından birinin altında onun imzası var. Söhbət "Borussiya" ilə matçda hesabı 4:3 etməsindən gedir. Əla an idi.
Hə, "Tottenhem"lə oyunda birinci hissədə əvəzlənəndə qərarım xoşuna getməmişdi. Amma bu da futbolun bir parçasıdı. O, həmişə özündə güc taparaq qayıtmağı bacarırdı. Deyan sağlam olanda əksər hallarda əsas heyətdə oynayırdı. Əla oyunçu və bir o qədər də əla insan komandamızdan ayrıldı".
Lovren karyerasını "Zenit"də davam etdirəcək.
Fanat.Az