"Şalke"nin yarımmüdafiəçisi Ueston Makkenni iş yerini dəyişə bilər.
Fanat.Az "CBS Sports"a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasında çıxış edən bir neçə klub Makkenni ilə yaxından maraqlanır. Siyahıda "Liverpul", "Everton", "Nyukasl" və "Vulverhempton"un adı var.
Maliyyə problemləri səbəbindən "Şalke"nin 21 yaşlı futbolçunu satmaq niyyətində olduğu bildirilir. Amerikalı uğrunda mübarizədə "Liverpul" favorit hesab olunur.
2019-20 mövsümündə Bundesliqada 28 matçda meydana çıxan Makkenni 3 qolla yadda qalıb.
Fanat.Az