"Liverpul" yeni müdafiəçi ilə güclənməyə hazırlaşır.
Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu, "Fulhem"in futbolçusu Kenni Tetedir.
Xəbərə görə, "qırmızılar" niderlandlı futbolçu üçün qarşı tərəfə 12 milyon avro ödəməyə hazırdır. "Fulhem"in müqaviləsinin müddəti gələn yay başa çatacaq oyunçu ilə yeni anlaşma ilə bağlı razılığa gəlmədiyi və bu səbəbdən onu satmağı uyğun variant saydığı vurğulanıb.
Xatırladaq ki, son mövsümdə İngiltərə Premyer Liqasını 5-ci pillədə başa vuran "Liverpul" Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
Nihat