"Liverpul" 8 milyon avro reklam aldığı ölkənin adını səhv yazdı - QALMAQAL

"Liverpul" 8 milyon avro reklam aldığı ölkənin adını səhv yazdı - QALMAQAL
Afrika qitəsində yerləşən ada ölkəsi Mauritius "Liverpul"la reklam müqaviləsi bağlayıb. Amma İngiltərə klubunun ölkənin adını səhv yazması qalmaqala səbəb olub.
Fanat.Az xəbər verir ki, Mauritius Respubikası ölkəni tanıtmaq üçün "Liverpul"la 3 illik 8 milyon avro dəyərində müqavilə imzalayıb. Anlaşmaya əsasən, "qırmızılar"ın evdə oynayacağı matçlarda 6 dəfə 20 saniyə Mauritius hökumətinə bağlı olan MauritiusNow.com saytının reklamı göstərilməlidi. Həmçinin ildə 8 oyun üçün qarşı tərəfə 4 bilet verilməlidi. Bunlardan 4-ü VİP tribunaya, 4-ü azarkeş tribunasına olmalıdı. Müqavilə Premyer Liqa və Federasiya Kubokunun oyunlarını əhatə edir. Mauritius hökuməti 8 milyon avronu qarşı tərəfə nağd olaraq ödəyib.
Amma "Liverpul" "Tottenhem"lə oyunda ölkənin adını səhv yazıb. Belə ki, reklamda Mauritius əvəzinə "Mauritus" yazılıb və bu səhv 6 dəfə təkrar olunub.
 
"Liverpul" 8 milyon avro reklam aldığı ölkənin adını səhv yazdı - QALMAQAL
"Liverpul"un səhvi Afrika ölkəsində narazılıqlara səbəb olub. Ölkə əhalisinin əksəriyyəti İngiltərə klubuna ödənilən 8 milyon avronun isfarçılıq olduğunu düşünür.
Qeyd edək ki, Mauritius Afrika qitəsinə bağlı bir ada ölkəsidi. Ölkə Madaqaskarın şərqində, Hind okeanının cənub-qərbində yerləşir. Ölkənin ərazisi 2.040 kvadrat km, əhalisi 1 milyon 265 min nəfərdi. 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər