"Liverpul" Premyer Liqanın 36-cı turu çərçivəsində "Arsenal"a 1:2 hesabı ilə məğlub olub.
"Liverpul" son iki tur ərəfəsində 93 xalda qalıb. Beləliklə, "mersisaydlılar"ın 100 xala çatmayacağı dəqiqləşib.
Qeyd edək ki, İngiltərə çempionatları tarixində xal rekordu "Mançester Siti"yə məxsusdu. "Şəhərlilər" 2017-18 mövsümündə 100 xal toplayaraq çempion olmuşdu.
Fanat.Az