Liqa 1 klubundan 15 milyon avroluq transfer

Liqa 1 klubundan 15 milyon avroluq transfer

Fransanın “Lans” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, Liqa 1 təmsilçisi İsveçrənin “Bazel” klubunun yarımmüdafiəçisi Andi Diufu heyətinə qatıb.

Fransızlar 20 yaşlı futbolçunun keçidi üçün 15 milyon avrodan keçiblər.

Fransadan olan yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Diuf “Bazel”ə Fransanın “Renn” klubundan 5,5 milyon avro qarşılığında keçmişdi. O, “Bazel”də 57 oyuna 3 qol vurub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər