Liqa 1-dən Ronaldulu “Əl-Nəsr”ə 19 milyonluq transfer

Liqa 1-dən Ronaldulu “Əl-Nəsr”ə 19 milyonluq transfer

“Əl-Nəsr” heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu “Lans”ın yarımmüdafiəçisi Seko Fofananı heyətinə qatıb.

Kristiano Ronaldunun çıxış etdiyi “Əl-Nəsr” bu transfer üçün 19 milyon avro ödəyib. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Fofana ötən mövsüm “Lans”ın heyətində 39 oyuna çıxıb, 9 qol vurub, 6 məhsuldar ötürmə verib. O, “Udineze”, “Bastiya” və “Fulhem”də də çıxış edib. Seko Fil Dişi Sahili yığmasında da 8 oyuna çıxıb, 3 qol vurub.

“Lans”ın polşalı hücumçusu Adam Buksa da Türkiyənin “Antalyaspor” klubuna keçib. Super Liqa təmsilçisi 27 yaşlı forvardı satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüb.

Fransa klubu Buksanı ötən il 6 milyon avro qarşılığında heyətinə qatıb. Polşalı forvard Liqa 1 təmsilçisində cəmi 8 matça çıxsa da, fərqlənə bilməyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər