Fransanın ən böyük şəhərlərindən olan Lion Avropa futboluna qazandırdığı futbolçularla diqqəti çəkir. Benzema, Abidal və Qiuli kimi ulduzlarla yanaşı, Corkaeff və Kanoute də Lion "Olimpik"inin yetirməsidi.
Hazırda "Olimpik"in yetişdirdiyi 33 futbolçu Avropanın böyük çempionatlarında karyerasını davam etdirir. Onların arasında ən çox diqqət çəkəni "Real"ın formasını geyinən Kərim Benzemadı. Lionda doğulan fransalı ulduz "Olimpik"in heyətində sərgilədiyi oyun və vurduğu qollarla qısa zamanda böyük klubların hədəfinə çevirilib. O, 22 yaşında 35 milyon avroya "Real"a transfer edilib.
"Olimpik"li milli futbolçular
Benzema ilə birlikdə Erik Abidal və Ludovik Qiuli də Lion şəhərinin Fransa millisinə qazandırdığı isimlər olaraq dünya futbolunda mühim yer tutur. Doğulduğu şəhərin komandası "Olimpik"də futbolun sirrlərini öyrənib, bu komanda ilə yanaşı, "Lill" və "Barselona"da forma geyinən 34 yaşlı Erik hazırda "Monako"da çıxış edir. Ludovik Qiuli karyerası ərzində Fransanın "Olimpik" (Lion), PSJ və "Monako" klubları ilə yanaşı, İtaliyada "Roma" və İspaniyada "Barselona"nın uğurları üçün çalışıb. 37 yaşlı futbolçu cari mövsümdə Fransanın həvəskar səviyyəli "Monts d`Or Azuergues" klubunda top qovur.
"Olimpik"li legionerlər
İspaniyada çıxış edən Benzemadan başqa "Olimpik"in yetirmələri İngiltərə Premyer Liqasında da uğurla çıxış edir. Lionda doğulmuş 27 yaşlı Loik Remi "Nyukasl"ın heyətində cari mövsümdə keçirdiyi 21 matçda 11 qol vurub. "Nyukasl"da forma geyinən "Olimpik"in başqa yetirməsi Hatem Ben Arfadı. İtaliyanın "Livorno" klubunda icarə əsasında çıxış edən İshak Belfodil Lion klubunun yetirmələrindəndi.
Fransa çempionatındakı "Olimpik"lilər"
Fransa Liqa 1-nin müxtəlif komandalarında "Olimpik"in bir çox yetirməsi çıxış edir. Onların arasında "Lill"in təcrübəli yarımmüdafiəçisi Florent Balmont, "Nant"ın qapıçısı Remi Riou "Loryan"ın 24 yaşlı müdafiəçisi Lamine Qassama və yarımmüdafiəçisi Enzo Reale, "Bordo"nun sol cihan oyunçusu Ceremi Brexet, "Evyan"ın gənc orta sahə oyunçusu Maksime Blank, "Monpelye"nin cinah oyunçusu Antoni Mounyer və "Nitsa"da top qovan Timotee Kolodzieyçakla Ceremi Pied var.
Lionda qalanlar
Hazırda "Olimpik"in heyətinə klubun 14 yetirməsi çıxış edir. Qapıçılar - Antoni Lopes, Matyeu Qorqelin; müdafiəçlər - Mehdi Zeffane, Nabi Sarr, Samuel Umtiti; yarımmüdafiəçilər - Klement Qrenyer, Maksime Qonalons, Steed Malbranke, Cordan Ferri, Raçid Qezzal, Fares Bahlouli, Nabil Fekir; hücumçular - Aleksandre Lakazette və Yassine Benziya.
Lionun digər təmsilçisi "Sent-Etyenn"də də "Olimpik"in 3 yetirməsi çıxış edir: müdafiəçi François Klerk, yarımmüdafiəçilər Renaud Kohade və Ceremi Klement.
Fanat.az