Polşa millisinin hücumçusu Robert Levandovski gələcəyi ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, 34 yaşlı forvard "Barselona"nı tərk etmək fikrində olmadığını bildirib.
"Barselona"da neçə il keçirəcəyimi dəqiq bilmirəm. Ancaq əminəm ki, daha bir neçə il yüksək səviyyədə oynaya bilərəm, amma nə qədər olacağını bilmirəm. Sadəcə onu deyə bilərəm, bir və ya iki il olmayacaq. Daha çox olacaq".
Qeyd edək ki, Levandovski 2022-ci ildə "Barselona" keçib. 19 oyunda meydana çıxan ulduz futbolçu 15 qola imza atıb.
Röya