Leroy Sane İngiltərəyə qayıdır

Leroy Sane İngiltərəyə qayıdır

"Bayern Münhen"in hücumçusu Leroy Sanenin yenidən İngiltərə Premyer Liqasında oynamaq variantı yaranıb.

Fanat.Az xəbər verir ki, informasiyanı insayder Kristian Falk yayıb.

Mənbənin məlumatına görə, forvard "Liverpul"un maraq dairəsindədir. 

Mersisaydlılar bu transferi ən pis halda gələn ilin yayında reallaşdırmağa çalışır.

“Qırmızı-qaralar”dan başqa, onun xidmətində 2016-2020-ci illərdə formasını geyindiyi “Mançester Siti” də maraqlıdır.

Sane bu mövsüm Bundesliqada uğurlu çıxış edir. 27 yaşlı forvard 18 oyunda 9 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun transfer dəyəri 75 milyon avro olaraq qiymətləndirilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər