Lempard istəmir, "Yuventus" icarəyə götürür

Lempard istəmir, "Yuventus" icarəyə götürür
"Çelsi"nin müdafiəçisi Antonio Rüdiger "Yuventus"a keçməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb.
Mənbə baş məşqçi Frenk Lempardın sərəncamında görmək istəmədiyi 27 yaşlı oyunçunun Turin təmsilçisinə icarəyə veriləcəyini vurğulayıb. Yazılanlara inansaq, hazırda danışıq aparan tərəflərin keçidi reallaşdırmaq ehtimalı yüksəkdir. "Yuventus"un Rüdigeri sonradan transfer hüquqlarına yiyələnmək şərti ilə icarəyə götürəcəyi bildirilib.
"Transfermarkt" portalı "Çelsi"yə 2017-ci ilin yayında "Roma"dan keçən Antonionun transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər