“Real Sosyedad” İspaniya Kubokun qalibi oldu

“Real Sosyedad” İspaniya Kubokun qalibi oldu

Bu gecə İspaniya Kubokunun final oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, həlledici oyunda “Real Sosyedad”la Madrid “Atletiko”su qarşılaşıb.

Görüşün əsas vaxtı 2:2 hesabıyla yekunlaşıb. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş “Real Sosyedad” kubokun qalibi olub.

San Sebastyan təmsilçisi 3-cü dəfə bu titula sahib çıxıb. Bu komanda 1986/87 və 1999/00 mövsümündə də kuboku qazanıb.

İspaniya Kuboku Final 18 aprel

Atletiko – Real Sosyedad 2:2 (penaltilər 3:4) Qollar: Lukman, 18. X.Alvares, 83 – Barreneçea, 1. Oyarsabal, 45+1-pen.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər