"Latsio" İnzagi üçün yeni müqavilə hazırlayır

"Latsio" İnzagi üçün yeni müqavilə hazırlayır
"Latsio" rəhbərliyi baş məşqçi Simeone İnzaginin klubdakı fəaliyyətini davam etdirməsinin tərəfdarıdı.
Fanat.Az xəbər verir ki, klub prezidenti Klaudio Lotito İnzaginin müqaviləsini yeniləmək istəyir. "Corriere dello Sport"un əldə etdiyi məlumata görə, yeni sözləşmə ilə bağlı danışıqlar mayda başlayacaq.
43 yaşlı çalışdırıcının hazırkı müqaviləsinin müddəti 2021-ci ilin ilk ayında bitəcək. Roma təmsilçisi İtaliya A Seriyasının qalibi olacağı təqdirdə, İnzagi 500 min avro bonus alacaq. Onun sazişində bu barədə bənd var.
26 oyundan sonra aktivində 62 xal olan "Latsio" hazırda İtaliya çempionatında liderdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər