Laporta Uilyamsı transfer etmək istədiklərini təsdiqlədi

Laporta Uilyamsı transfer etmək istədiklərini təsdiqlədi

"Barselona"nın prezidenti Joan Laporta "Atletik"in və İspaniya millisinin vingeri Niko Uilyamsın mümkün transferi ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, bunu Laportadan azarkeşlərdən biri soruşub və çəkdiyi videonu paylaşıb.

Kataloniya təmsilçisinin başqanının cavabı qısa olub: "Biz cəhd edəcəyik".

Daha öncə tanınmış insayder Fabritsio Romano Uilyamsın agentinin "Barselona"nın idman direktoru Deku ilə görüşdüyünü açıqlayıb.

Sözügedən oyunçunun "Atletik"lə olan müqaviləsindəki sərbəst qalma məbləği 58 milyon avrodur. Onun Bilbao təmsilçisi ilə anlaşmasının müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər