Laporta "Barselona"ya sevimli məqşçisini gətirir

Laporta "Barselona"ya sevimli məqşçisini gətirir

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik “Barselona”ya başçılıq etməyə iddialılar sırasındadır.

Fanat.Az xəbər verir ki, informasiyanı “The Sun” yayıb. 

Xəbərə görə, “Barselona”nın prezidenti Joan Laportanın Xavini əvəzləməyə müsbət yanaşan 65 yaşlı mütəxəssislə isti münasibətləri var. Mətbuat bu təyinatı kifayət qədər real hesab edir. 

Xatırladaq ki, Xavi bu yaxınlarda 2023/24 mövsümü başa çatdıqdan sonra "Blauqrana"nın baş məşqçi postunu tərk edəcəyini açıqlamışdı.

Ranqnik karyerası ərzində “Ştutqart”, “Hannover”, “Şalke”, “Leypsiq”, “Hoffenhaym” və “Mançester Yunayted”i çalışdırıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər