Lamin Yamal zədələndi

Lamin Yamal zədələndi

İspaniya La Liqasının 7-ci turunda evdə "Xetafe"ni 1:0 hesabı ilə məğlub edən "Barselona"nın vingeri Lamin Yamal zədələnib.

Fanat.Az xəbər verir ki, məlumatı COPE yayıb.

Xəbərə görə, 17 yaşlı ulduz topuğundan xəsarət alıb. Mənbə onun meydandan çıxarkən axsadığını vurğulayıb. Zədəsinin o qədər də ciddi olmadığı güman edilən Yamalın tibbi müayinədən keçəcəyi bildirilib.

Qeyd edək ki, cari mövsüm La Liqada 7 matça çıxan Yamal 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər