Lamin Yamal nüfuzlu mükafata layiq görüldü - RƏSMİ

Lamin Yamal nüfuzlu mükafata layiq görüldü - RƏSMİ

"Barselona"nın vingeri Lamin Yamal nüfuzlu "Golden Boy" mükafatını qazanıb. 

Fanat.Az xəbər verir ki, Yamalın qələbəsini mükafatı təqdim edən "Tuttosport" nəşri rəsmən açıqlayıb. 

Lamin Yamal nüfuzlu mükafata layiq görüldü - RƏSMİ Yamalın “Qızıl oğlan” mükafatını qazanması sürpriz deyil. İstedadlı futbolçu “Barselona” və İspaniya millisində uğurlu çıxışlarından sonra mükafat uğrunda mübarizənin şəksiz favoriti hesab olunurdu. 

“Qızıl oğlan” mükafatı 2003-cü ildən Avropanın ən yaxşı gənc futbolçusuna verilir. Mükafatın qalibi yaşı 21-dən aşağı olan oyunçu ola bilər. 

Qeyd edək ki, ötən il mükafatı "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqhem qazanıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər