ÇL: “Real”a 2 qol vuran futbolçu ən yaxşı seçildi

ÇL: “Real”a 2 qol vuran futbolçu ən yaxşı seçildi

Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Fanat.Az xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən bu ada İngiltərənin “Mançester Siti” klubundan Bernardo Silva layiq görülüb.

Portuqaliyalı yarımmüdafiəçi evdə İspaniyanın “Real” komandasına 4:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.

ÇL-də həftənin ən yaxşı oyunçusu adına Bernardonun komanda yoldaşı Rodri, həmçinin Lautaro Martines və Hakan Çalhanoğlu (hər ikisi “İnter”, İtaliya) da namizəd idi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər