ÇL: Həftənin ən yaxşı futbolçusu açıqlandı

ÇL: Həftənin ən yaxşı futbolçusu açıqlandı

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk 4 oyunundan sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Fanat.Az xəbər verir ki, bu ada Portuqaliyanın “Benfika” komandasının yarımmüdafiəçisi Fredrik Aursnes layiq görülüb.

Norveçli futbolçu Belçikada "Brügge"ni 2:0 hesabı ilə məğlub etdikləri matçda start heyətində meydana çıxıb və sonadək əvəzlənməyib. Təcrübəli futbolçu qol və ya məhsuldar ötürmə ilə yadda qalmasa da, 13.64 km məsafə qət edib, həmçinin ötürmələrinin 72 faizi dəqiq olub.

Xatırladaq ki, ÇL-də həftənin ən yaxşı oyunçusu adına Kərim Adeyemi (“Borussiya”, Dortmund, Almaniya), Kinqsli Koman (“Bayern”, Almaniya) və Rafael Leao (“Milan”, İtaliya) da namizəd idi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər