ÇL-də həftənin futbolçusu bəlli oldu

ÇL-də həftənin futbolçusu bəlli oldu

UEFA Çempionlar Liqasında həftənin futbolçusu bəlli olub.

Fanat.Az xəbər verir ki, 1/4 final mərhələsin ilk oyunları çərçivəsində keçirilən matçların ardından İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Con Stounz həftənin ən yaxşısı seçilib.

Xatırladaq ki, Stounz Almaniyanın “Bayern” komandasını 3:0 hesabı ilə məğlub etdikləri ilk görüşdə məhsuldar ötürmə verib.

Həftənin ən yaxşı oyunçusu adına Brahim Dias (“Milan”, İtaliya), Vinisius Junior (“Real”, İspaniya) və Alessandro Bastoni (“İnter”, İtaliya) də namizəd idi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər