ÇL: “Benfika”, “Malmö” və “Yanq Boyz” qrupda oynayacaq

ÇL: “Benfika”, “Malmö” və “Yanq Boyz” qrupda oynayacaq

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları start götürüb.

Fanat.Az xəbər veirr ki, ilk oyun günündə qrup mərhələsinə vəsiqə qazanan 3 kollektiv bəlli olub.

PSV Niderlandda “Benfika”nın qapısına yol tapa bilməyib. Birinci oyunda qələbəyə sevinən Portuqaliya təmsilçisi rəqib meydanındakı "quru" heç-heçə sayəsində istəyinə çatıb. “Ludoqorets” Bolqarıstanda İsveç “Malmö”sünü yensə də, qonaqlar iki matçın nəticəsinə görə qrupda oynamaq hüququ qazanıb. “Ferentsvaroş” isə Macarıstanda “Yanq Boyz”la münasibətlərinə aydınlıq gətirib. Səfər görüşündə də eyni hesabla qalib gələn İsveçrə komandası qrup mərhələsinə yüksəlib.

Pley-offun qalan oyunları sabah keçiriləcək.

UEFA Çempionlar Liqası Pley-off mərhələsi Cavab oyunları

24 avqust

PSV (Niderland) – Benfika (Portuqaliya) 0:0 İlk oyun – 1:2

Ludoqorets (Bolqarıstan) – Malmö (İsveç) 2:1 Qollar: Nedyalkov, 10. Sotiriu, 60-pen. - Birmançeviç, 42 İlk oyun – 0:2

Ferentsvaroş (Macarıstan) – Yanq Boyz (İsveçrə) 2:3 Qollar: Uinqo, 18. Mmae, 27 - Tseziger, 4. Fassnaxt, 56. Mambimbi, 90+3. İlk oyun – 2:3.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər